Reading view

Naqelsmann: “Xəyal qırıqlığı yaşadıq”

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann istefa verib.

Futbolpress.az xəbər verir ki, bu barədə yerli futbol assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Naqelsmann ayrılıq qərarını belə şərh edib:

“Mundiala vida etdikdən sonra çox düşündüm. Yaxınlarım və federasiya rəhbərliyi ilə tez-tez görüşdük, danışdıq. Bu qərarı vermək asan deyil. Mən hər zaman komandamın uğurunun arzusunda olmuşam. Xəyal qırıqlığı yaşadıq, ümid edirəm ki, açılacaq yeni səhifə daha yaxşı olar”.

Almaniya millisi dünya çempionatında mübarizəni pley-off mərhələsində dayandırıb. “Bundestim” Paraqvay səddini aşa bilməyib.

Naqelsmannla bağlı qərar verildi

Almaniya millisində baş məşqçi Yulian Naqelsmannla bağlı qərar verilib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Mütəxəssislə federasiya rəhbərliyi arasında üç saat davam edən iclas keçirilib. Toplantının yekununda Naqelsmann istefaya göndərilib.

Almaniya millisi dünya çempionatında mübarizəni pley-off mərhələsində dayandırıb. “Bundestim” Paraqvay səddini aşa bilməyib.

❌