Naqelsmann: “Xəyal qırıqlığı yaşadıq”
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann istefa verib.
Futbolpress.az xəbər verir ki, bu barədə yerli futbol assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Naqelsmann ayrılıq qərarını belə şərh edib:
“Mundiala vida etdikdən sonra çox düşündüm. Yaxınlarım və federasiya rəhbərliyi ilə tez-tez görüşdük, danışdıq. Bu qərarı vermək asan deyil. Mən hər zaman komandamın uğurunun arzusunda olmuşam. Xəyal qırıqlığı yaşadıq, ümid edirəm ki, açılacaq yeni səhifə daha yaxşı olar”.
Almaniya millisi dünya çempionatında mübarizəni pley-off mərhələsində dayandırıb. “Bundestim” Paraqvay səddini aşa bilməyib.