“Liverpul”dan ayrılan futbolçu “Tottenhem”də
“Liverpul”dan ayrılan Endryu Robertsonun yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, şotlandiyalı müdafiəçi “Tottenhem”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Cinah oyunçusu ilə müqavilənin detalları açıqlanmayıb.
Robertson Şotlandiya millisinin dünya çempionatı üçün heyətində yer alır. O, mundialdan sonra yeni klubuna qoşulacaq.