Norveç millisinin üzvü MY-nin hədəfində
Dortmund “Borussiyası”nın və Norveç millisinin futbolçusu Yulian Ryerson karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Mançester Yunayted cinah müdafiəçisinin xidmətində maraqlıdır. Bu barədə “Bild” nəşri məlumat yayıb. “Qırmızı şeytanlar” yaxın zamanda almanlarla danışıqlara başlayacaq.
“Borussiya” Ryerson üçün 30 milyon avro tələb edir.
Müdafiəçi Norveç yığması ilə dünya çempionatındadır. Onun komandası 1/4 finalda 12 iyulda İngiltərə ilə qarşılaşacaq.