“Bavariya” 40 milyonluq oyunçuya “göz dikib”
PSV-nin futbolçusu İsmael Saibari karyerasını Almaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Bavariya” cinah oyunçusunun xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Saibari özü də Münhen klubuna keçməyə razıdır. “Bavariya” yaxın zamanda PSV ilə danışıqlara başlayacaq.
25 yaşlı vinger başa çatan mövsümdə Niderland çempionatında 27 oyunda 15 qol vurub, 8 məhsuldar ötürmə edib.
Saibarinin “transfermarkt”da dəyəri 40 milyon avrodur.