Reading view

“Zəfər Kuboku 2025” turnirinin qalibləri bilindi

Vətən müharibəsində qazanılan şanlı qələbəyə həsr olunan güllə atıcılığı üzrə “Zəfər Kuboku 2025” turnirinin qalibləri müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda Azərbaycan, Belarus və Gürcüstanı təmsil edən ümumilikdə 100-dən çox idmançı mübarizə aparıb.

Nəticələri təqdim edirik:

Qadınlar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açma

1. Nikol Kurylenak (Belarus)

2. Darya Chuprys (Belarus)

3. Əfsanə Elvina (Azərbaycan)

Kişilər arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açma

1. Ruslan Qəhrəmanov (Azərbaycan)

2. Əliməmməd Hüseynov (Azərbaycan)

3. Ramiz Xəlilov (Azərbaycan)

Qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma

1. Nigar Nəsirova (Azərbaycan)

2. Liubov Yaskevich (Belarus)

3. Zoya Dasko (Belarus)

Kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma

1. İvan Kazak (Belarus)

2. Uladzislau Dzemesh (Belarus)

3. Vladislav Kalmıkov (Azərbaycan)

10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə qarışıq komanda yarışı

1. Elvina Əfsanə / Zahid Sofiyev (Azərbaycan)

2. Aynur Mahmudova / Ruslan Qəhrəmanov (Azərbaycan)

3. Vəfa Zeynalova / Əliməmməd Hüseynov (Azərbaycan)

10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışı

1. Dasko Zoya / Krautsou Yury (Belarus)

2. Piatrova Aliaksandra / Dzemesh Uladzislau (Belarus)

3. Prodiashvili Mariami / Mumladze Giorgi (Gürcüstan)

Ali dünya üçüncüsü oldu

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U23 dünya çempionatına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu yarış günündə sərbəst güləş üzrə millinin daha bir üzvü fəxri kürsüyə qalxıb.

Ayxan Abdullazadə (65 kq) təsəlliverici görüşdə ukraynalı Mikita Qonçarovu 4:1 hesabıyla üstələsə də, bürünc medal görüşündə qırğızıstanlı Bilal Şərif Uuluya (0:10) məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Ali Tsokayev (86 kq) isə italiyalı Qabriele Nikkoliniyə (11:0) və gürcüstanlı Tornike Samxaradzeyə (13:2) tam üstünlüklə qalib gələrək bürünc medala sahib çıxıb.

Beləliklə, millimiz mundialı 1 dəst medalla başa vurub. Xatırladaq ki, ötən gün Kənan Heybətov (70 kq) qızıl, Xetaq Karsanov (125 kq) isə gümüş medal qazanıb. Yığmamız 84 xalla komanda hesabında 4-cü yeri tutub və ön pillədəki Yaponiyadan cəmi 1 xal geri qalıb. ABŞ (137) birinci, İran (127) isə ikinci olub.

Azərbaycan karateçiləri Polşada 8 medal qazandı

Azərbaycan karateçiləri Polşanın Bedzin şəhərində keçirilən 32-ci “SKDUN Shotokan Karate” üzrə dünya çempionatı və 17-ci Dünya Kubokunda 8 medal qazanıblar.

Futbolpress.az xəbər verir ki, müxtəlif yaş və çəki dərəcələrində mübarizə aparan təmsilçilərimiz 2 qızıl, 2 gümüş və 4 bürünc mükafat əldə ediblər.

Dünya çempionatında Cəlal Şükürov (10–11 yaş, 40 kq) və Mehdi Abdullayev (10–11 yaş, +40 kq) 1-ci, Alişan Əzizov (18–20 yaş, 70 kq), Ələddin Əzizov (55–59 yaş, Veteran Open) 2-ci, Zəki Cəfərzadə (18–20 yaş, +80 kq), Heydər Feyziyev (12–13 yaş, 58 kq) üçüncü yeri tutub. Dünya Kubokunda isə Zaman Musayev (7–9 yaş, 30 kq) və Murad Bayramov (7–9 yaş, 30 kq) bürünc medal qazanıblar.

MMA-da növbəti qələbə

Gürcüstanın Batumi şəhərində keçirilən “Grand Bellagio & GFC” beynəlxalq MMA turnirində Azərbaycan idmançıları uğurlu çıxış ediblər.

Futbolpress.az xəbər verir ki, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu, əslən azərbaycanlı idmançı Alim Nəbiyev turnirdə növbəti qələbəsini əldə edib.

O, Türkiyəli rəqibi Oğuzhan Atakı birinci raundda nakaut edərək MMA karyerasında ikinci qələbəsini qazanıb. A.Nəbiyev növbəti döyüşünü ilin sonuna planlaşdırır və UFC-də çıxış etməyi hədəfləyir.

Turnirdə digər azərbaycanlı döyüşçülər də fərqləniblər. Ağır çəki dərəcəsində mübarizə aparan Tahir Abdullayev iranlı Siavaş Dadrası məğlub edib. Yüngül çəki kateqoriyasında çıxış edən Elvin Kamilli isə gürcü rəqibi Giorgi Kabulaşvilini birinci raundda vaxtından əvvəl nakautla üstələyib.

Batumidə artıq üçüncü dəfə təşkil olunan “Grand Bellagio & GFC” beynəlxalq turnirində ümumilikdə 10 ölkədən 24 idmançı iştirak edib.

Emin Cəfərov Prezidium üzvü seçildi

Azərbaycan Atıcılıq Federasiyasının Baş katibi Emin Cəfərov Avropa Atıcılıq Konfederasiyasının Prezidium üzvü seçilib.

Futbolpress.az xəbər verir ki, bu barədə Atıcılıq Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Avropa Atıcılıq Konfederasiyasının (ESC) Baş Assambleyasında təşkilatın rəhbər orqanlarının yeni tərkibi formalaşdırılıb. Səsvermənin nəticələrinə əsasən, Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov Avropa Atıcılıq Konfederasiyasının Prezidiumuna üzv seçilib.

Assambleyada həmçinin Aleksandr Ratner növbəti müddət üçün ESC prezidenti vəzifəsinə yenidən seçilib.

Pro kursunun IV mərhələsi başladı

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun IV mərhələsinə (fitnes modul) start verilib.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

UEFA-dan dəvət olunan Fritz Şmid tərəfindən keçirilən kursda, həmçinin AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimovda iştirak edirlər.

Qeyd edək ki, kursa oktyabrın 30-da yekun vurulacaq.

❌