Reading view

AFFA-nın danışıq apardığı futbolçu Rusiya millisinə dəvət alıb

“Dinamo”da (Moskva) çıxış edən azərbaycanlı futbolçu Ülvi Babayev Rusiyanın gənclərdən ibarət millisinə dəvət alıb.

Komanda.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqı məlumat yayıb.

O, yığmanın 38 oyunçudan ibarət geniş heyətində yer alıb.

Rusiya millisi noyabrın 12-də, 15-də və 18-də müvafiq olaraq İran, Qırğızıstan və Bəhreynin U-23 komandası ilə üz-üzə gələcək.

AFFA Ülvi Babayevin Azərbaycan millisinə cəlb olunması üçün danışıqlar aparır.

The post AFFA-nın danışıq apardığı futbolçu Rusiya millisinə dəvət alıb appeared first on Komanda.az.

DÇ-2026: Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarılıb

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa yığmalarına qarşı oyunlarının biletləri satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

“İticket.az” vasitəsilə satılan biletlərin qiymətləri İslandiya ilə oyun üçün 5-30 manat arasında dəyişir. Azərbaycan – Fransa görüşü üçün bilet qiymətləri isə 5-200 manat aralığındadır.

İslandiya ilə qarşılaşma noyabrın 13-də saat 21:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək. Azərbaycan – Fransa matçı isə noyabrın 16-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.

The post DÇ-2026: Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarılıb appeared first on Komanda.az.

Azərbaycan millisi Millətlər Liqasında qrup üçüncüsü oldu

Amputant futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil edilmiş Millətlər Liqasının C qrupunda üçüncü yeri tutub.

Arena.az xəbər verir ki, bu qrupda mübarizəyə bu gün yekun vurulub.

“Bayıl Arena”da təşkil olunmuş turnirin son günündə 3 oyun keçirilib. Azərbaycan millisi son gündə iki matça çıxıb. İlk görüşdə Niderland üzərində qələbə qazanan komandamız son qarşılaşmasında Ukrayna yığmasına məğlub olub.

Beləliklə, 9 xalla turnirin qalibi olan Ukrayna seçməsi Millətlər Liqasının B qrupuna yüksəlib. Sonuncu yerdə qərarlaşan Belçika isə D qrupuna düşüb.

Oyunların ardından mükafatlandırma mərasimi keçirilib. Üçüncü yeri tutmuş Azərbaycan millisi bürünc, ikinci yerdə qərarlaşmış İsrail gümüş, çempion Ukrayna yığması isə qızıl medal və kubokla mükafatlandırılıb.

Bundan əlavə, Eddi Neqqers (Niderland) turnirin ən yaxşı qapıçısı, Dmitri Şkexelski (Ukrayna) ən yaxşı gənc oyunçusu, Sənan Hacıyev (Azərbaycan) ən yaxşı futbolçusu seçilib. 3 qola imza atmış Ben Maman (İsrail) isə C qrupunun bombardiri olub.

Mükafatları AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Avropa Amputant Futbol Federasiyasının prezidenti Mateuş Vidlak və bu qurumun İcraiyyə Komitəsinin üzvləri təqdim ediblər.

Son günün nəticələrini və turnir cədvəlini nəzərinizə çatdırırıq:

Azərbaycan – Niderland – 1:0
Qol: Sənan Hacıyev

Belçika – İsrail – 0:5
Qollar: Aviran Ohana (2), Ben Maman (2), Yoav Tsarfati

Azərbaycan – Ukrayna – 1:3
Qollar: Mixaylo Sokolian (avtoqol) – Hüseyn Hüseynov (avtoqol), Mikola Aleksienko, Dmitri Kuts

  1. Ukrayna – 9
  2. İsrail – 8
  3. Azərbaycan – 7
  4. Niderland – 4
  5. Belçika – 0

The post Azərbaycan millisi Millətlər Liqasında qrup üçüncüsü oldu appeared first on ARENA.AZ.

❌