Reading view

Zamiq Əliyev Albaniyada Vüsal İsgəndərliyə qarşı oynadı

Futbol üzrə Azərbaycan milli komandasının üzvləri – Vüsal İsgəndərli və Zamiq Əliyev Albaniya çempionatında növbəti matçlarına çıxıblar. Arena.az xəbər verir ki, Vüsalın formasını geyindiyi “Partizani” doğma meydanda məhz Zamiqin çıxış etdiyi “Eqnatiya” ilə üz-üzə gəlib. 8-ci tur çərçivəsində keçirilmiş qarşılaşmada qapılara qol vurulmayıb – 0:0. Azərbaycanlı futbolçuların hər ikisi bu…

Source

Vüsal İsgəndərli “Flamurtari”yə qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 7-ci turu çərçivəsində “Flamurtari” ilə qarşılaşıb.

“Partizani” səfərdə baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 1:0. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşün sonunadək mübarizə aparıb. O, 81-ci dəqiqədə sarı vərəqə də alıb.

“Partizani” 7 turdan sonra 7 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 7-ci pillədə qərarlaşıb. Sözügedən komanda 7 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna bu ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 6 oyuna çıxıb, 2 qola imza atıb.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

The post Vüsal İsgəndərli “Flamurtari”yə qarşı 90 dəqiqə oynadı appeared first on ARENA.AZ.

❌