Totti: “Spalettinin təyinatı “Yuventus” üçün əla addım olar”
“Roma”nın sabiq futbolçusu Françesko Totti italiyalı mütəxəssis Luçano Spalettinin “Yuventus”a baş məşqçi təyin olunması ehtimalı barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun Turin klubu üçün yaxşı bir anlaşma ola biləcəyini söyləyib:
“Eşitdiyimə görə, Spaletti “Yuventus”a namizədlərdən biridir. Onun təyinatı klub üçün əla addım olar. Spaletti əla mütəxəssisdir və həmişə mümkün olan ən yüksək nəticələrə can atır. Bu, klub üçün yaxşı bir razılaşma olardı”.
Bu həftənin əvvəlində İqor Tudor “Yuventus”un baş məşqçisi vəzifəsindən azad edilib. Turin klubu A Seriyasında 8 oyundan sonra 8-ci yerdədir.
The post Totti: “Spalettinin təyinatı “Yuventus” üçün əla addım olar” appeared first on Komanda.az.