Əliyar Ağayev “Slaviya” – “Arsenal” matçını idarə edəcək
Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin oyununu idarə edəcək. Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadın xəbər verir. Belə ki, Əliyar Ağayev Çexiyada yerli “Slaviya” (Praqa) və İngiltərənin “Arsenal” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununu idarə edəcək.