“Bavariya”da Boey qərarı
“Bavariya” müdafiəçisi Saşa Boeyi satmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Münhen klubu qış transfer dönəmində oyunçu üçün gələcək təklifləri dəyərləndirəcək.
“Bavariya” 25 yaşlı futbolçu üçün 15 milyon avro tələb edir.
Boey bu mövsüm 14 oyuna çıxıb.