Reading view

Azərbaycanın daha 2 boksçusu AÇ-nin yarımfinalında

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, mərhələnin son günündə Azərbaycan millisinin daha 2 idmançısı yarımfinala vəsiqəni təmin edib.

Gülər Hüseynova (48 kq) Maria Spennato (İtaliya) ilə döyüşüb. Boksçumuz rəqibinə ikinci raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinalda Serana Mali (İngiltərə) ilə üz-üzə gələcək.

Şahin Aslanov (60 kq) da 1/4 final döyüşünü də xeyrinə bitirib. O, bu dəfə İvaylo Kolevi (Bolqarıstan) məğlub edib – 4:1 (30:27, 30:27, 30:27, 30:27, 28:29). Boksçunuzun finala gedən yolda rəqibi Ceyson Maher (İrlandiya) olacaq.

Beləliklə, yarımfinalda iştiraklarını rəsmiləşdirməklə özləri üçün bürünc medalı təmin edən boksçularımızın sayı 4-ə yüksəlib. Daha öncə Qardaş Rəhimovla (46 kq) Şükar Əliyev (75 kq) də bu hüquqa yiyələniblər.

Yarımfinal döyüşləri dekabrın 15-də olacaq.

The post Azərbaycanın daha 2 boksçusu AÇ-nin yarımfinalında appeared first on Komanda.az.

Azərbaycan boksçusu dünya çempionu oldu

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) dünya çempionu olub.

Futbolpress.az xəbər verir ki, millinin 19 yaşlı idmançısı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mundialda bu titula yiyələnib.

Noyabrın sonunda U-23 Avropa çempionatının qalibi olan Ağcabədi boks məktəbinin yetirməsi finalda Edmond Xudoyanla (Rusiya) qarşılaşıb. Mamedov rəqibini 4:3 (30:27, 28:29, 29:28, 30:27, 28:29, münsiflər 1:1) hesabı ilə məğlub edərək dünya çempionatının qızıl medalına yiyələnib. O, bununla da Azərbaycanın ən gənc dünya çempionu kimi tarixə düşüb.

Bununla da millimiz 120 ölkənin qatıldığı dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Daha öncə Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) mundialda 3-cü yeri tutublar.

Azərbaycanın 2 boksçusu AÇ-nin yarımfinalında

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatında 1/4 final mərhələsinin döyüşlərinə start verilib.

Komanda.az xəbər verir ki, mərhələnin ilk günündə Azərbaycan millisinin 2 idmançısı yarımfinala vəsiqəni təmin edib.

Qardaş Rəhimov (46 kq) Misteak Rama (Albaniya) ilə üz-üzə gəlib. Görüş boksçumuzun 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. O, 1/2 finalda Rati Xarbedia (Gürcüstan) ilə qarşılaşacaq.

Şükar Əliyev (75 kq) də 1/4 final döyüşündən qalib ayrılıb. O, Yannik Müllerdən (Almaniya) güclü olub – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28). Əliyev yarımfinalda Aleks Domjanla (Macarıstan) döyüşəcək.

Yarımfinala vəsiqə qazanan boksçular özləri üçün azı bürünc medalı da təmin ediblər.

Qeyd edək ki, Avropa çempionatında daha 3 boksçumuz 1/4 final döyüşünə çıxacaq.

The post Azərbaycanın 2 boksçusu AÇ-nin yarımfinalında appeared first on Komanda.az.

Azərbaycan boksçusu 19 yaşında dünya çempionu oldu

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) dünya çempionu olub.

Komanda.az xəbər verir ki, millinin 19 yaşlı idmançısı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mundialda bu titula yiyələnib.

Noyabrın sonunda U-23 Avropa çempionatının qalibi olan Ağcabədi boks məktəbinin yetirməsi finalda Edmond Xudoyanla (Rusiya) qarşılaşıb. Mamedov rəqibini 4:3 (30:27, 28:29, 29:28, 30:27, 28:29, münsiflər 1:1) hesabı ilə məğlub edərək dünya çempionatının qızıl medalına yiyələnib. O, bununla da Azərbaycanın ən gənc dünya çempionu kimi tarixə düşüb.

Bununla da millimiz 120 ölkənin qatıldığı dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Daha öncə Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) mundialda 3-cü yeri tutublar.

The post Azərbaycan boksçusu 19 yaşında dünya çempionu oldu appeared first on Komanda.az.

Azərbaycanın 4 boksçusu AÇ-nin 1/4 finalında!

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 4 idmançısı 1/4 finala yüksəlib.

Şahin Aslanov (60 kq) Demid Kloçkonu (İsrail) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, növbəti görüşünü dekabrın 14-də İvaylo Kolevə (Bolqarıstan) qarşı keçirəcək.

Adil Zalov (70 kq) da Avropa çempionatında qələbə ilə başlayıb. Boksçumuz 1/8 finalda Hakan Arda İlgündən (Türkiyə) güclü olub – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). Zalov dekabrın 13-də Oskar Muszakovski (Polşa) ilə üz-üzə gələcək.

Gülər Hüseynova (48 kq) Oleksandra Mişçenkoya (Ukrayna) heç bir şans verməyib. Hər 3 raundu aktivinə yazan milli üzvü yekunda 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesablı qələbəyə sevinib. O, dekabrın 14-də 1/4 finalda Maria Spennato (İtaliya) ilə döyüşəcək.

Fidan Bakarova (63 kq) isə Antonina Binieçkanı (Polşa) mübarizədən kənarlaşdırıb – 3:2 (29:26, 28:27, 29:26, 27:28, 27:28). O da dekabrın 14-də növbəti görüşünə çıxacaq. Bakarova Rihanna Holdenlə (İngiltərə) qüvvəsini sınayacaq.

Avropa çempionatına dekabrın 17-də yekun vurulacaq.

The post Azərbaycanın 4 boksçusu AÇ-nin 1/4 finalında! appeared first on Komanda.az.

Mamedov dünya çempionatının finalında

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) dünya çempionatında finala yüksəlib.

Futbolpress.az xəbər verir ki, o, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mundialın yarımfinalda Sahil Alahverdovini (Gürcüstan) məğlub edib.

Hər 3 raundu xeyrinə bitirən 19 yaşlı boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, finalda Edmond Xudoyanla (Rusiya) üz-üzə gələcək. Həlledici görüş dekabrın 13-də olacaq.

Digər boksçularımızdan Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) dünya çempionatında bürünc medala sahib olublar.

Azərbaycanın üç boksçusu yarımfinalda

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində boks üzrə dünya çempionatında 1/4 final mərhələsinin döyüşləri keçirilib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin 3 idmançısı mərhələni qələbə ilə başa vurub.

Sübhan Mamedov (48 kq) Şodiyorjon Melikuzyevdən (Özbəkistan) güclü olub. Avropa çempionumuz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinalda Sahil Alahverdovi (Gürcüstan) ilə döyüşəcək.

Alfonso Dominqes (92 kq) də 1/4 finaldan qalib ayrılıb. Dünya çempionumuz Andrey Zaplitnini (Moldova) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27). Dominqes növbəti görüşündə Turabek Xabibullayevlə (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.

Məhəmməd Abdullayev (+92 kq) isə Dovlet İslamov (Türkmənistan) üzərində qələbə qazanıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). Dünya çempionatının mükafatçısı yarımfinalda David Surovu (Rusiya) sınağa çəkəcək.

Hər 3 boksçu yarımfinala vəsiqə qazanmaqla özü üçün azı bürünc medalı da təmin edib.

Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.

❌