Reading view

“Qələbə üçün gəlmişdik” – “Karvan-Yevlax”ın baş məşqçisi

“Karvan-Yevlax” Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə “İmişli” ilə 1:1 hesablı heç-heçə edib.

Komanda.az xəbər verir ki, qonaqların məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında oyunu dəyərləndirib:

“Meydançanın vəziyyəti və hava şəraiti futbolçular üçün çox çətin idi. Ağır oyun oldu. Əlbəttə ki, bura qələbə üçün gəlmişdik. Qalib gələ də, uduza da bilərdik. Matçın ədalətli nəticəsi bərabərlik idi. Futbolçularıma təşəkkür edirəm. Çətin hava şəraitinə rəğmən döyüşkənlik göstərdilər. Hesabda geri olsaq da, əzmkarlıq göstərib bərabərlik qolunu vurduq. Qarşıdakı oyunlara hazırlaşacağıq”.

“Karvan-Yevlax” növbəti turda “Neftçi” ilə qarşılaşacaq.

The post “Qələbə üçün gəlmişdik” – “Karvan-Yevlax”ın baş məşqçisi appeared first on Komanda.az.

“Karvan-Yevlax”dan “İmişli” ilə matçda mükafat vədi

“Karvan-Yevlax” bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “İmişli” ilə qarşılaşır. Quba Olimpiya stadionunda keçirilən qarşılaşma hazırda 0:0 hesabı ilə davam edir.

Premyer Liqanın turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan Yevlax təmsilçisinin rəhbərliyi oyunçularına hətta, heç-heçə edəcəkləri təqdirdə belə,nmükafat vəd edib.

Komanda.az-ın əldə etdiyi məlumata görə, oyunda bərabərlik qeydə alınacağı halda hər futbolçuya təxminən 3-5 min manat arası mükafat vəd edilib.

“Karvan-Yevlax” Azərbaycan Premyer Liqasının 14 turundan sonra 5 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

The post “Karvan-Yevlax”dan “İmişli” ilə matçda mükafat vədi appeared first on Komanda.az.

❌