Reading view

Braziliyalı futbolçu “Nyukasl”dan ayrılmaq istəyir

“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş qış transfer pəncərəsində klubunu dəyişmək niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun nümayəndələri artıq “Mançester Yunayted”lə əlaqə saxlayıblar.

Bildirilir ki, Gimarayeş “Nyukasl”dakı mövcud durumdan məyusdur. O, yay transfer dönəmində klubun iddialı hədəflər üçün keyfiyyətli futbolçular cəlb etməməsindən narazıdır. Bundan əlavə, onun ailəsi də Nyukasl-upоn-Taun şəhərində yaşamaqdan məmnun deyil: şəhər İngiltərənin ən komfortlu yerləri sırasında göstərilmir.

28 yaşlı yarımmüdafiəçi artıq baş məşqçi Eddi Houya klubdan ayrılmaq istədiyini bildirib. O, 2022-ci ildən “sağsağanlar”ın formasını geyinir.

Gimarayeş cari mövsümdə bütün turnirlərdə 23 oyuna çıxıb, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

The post Braziliyalı futbolçu “Nyukasl”dan ayrılmaq istəyir appeared first on Komanda.az.

❌