“Qarabağ”ın rəqibinin aparıcı futbolçusu geri dönür
“Nyukasl”ın baş məşqçisi Eddi Hou, yarımmüdafiəçi Bruno Gimarayeşin bərpa prosesi barədə açıqlama verib.
Komanda.az “sağsağanlar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi, Gimarayeşin sağalmağa yaxınlaşdığını bildirib:
“Bruno sağalmağa yaxınlaşır. Fevralın 4-də səfərdə olanda məşq keçdi və özünü kifayət qədər yaxşı hiss etdi. Bu gün onunla görüşəcəm və ümid edirik ki, tam formada olacaq”.
28 yaşlı futbolçu yanvarda zədələnmiş və bir neçə oyunu buraxmışdı. O, cari mövsümdə 33 oyuna çıxıb, 8 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun komandası növbəti turda “Brentford”u qəbul edəcək.
“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.
The post “Qarabağ”ın rəqibinin aparıcı futbolçusu geri dönür appeared first on Komanda.az.