“Sabah”ın baş məşqçisi: “Təcrübə baxımından problemimiz var”
“Sabah” basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis Çempionlar Liqasında “Alba”ya uduzduqları görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 82:106 hesabıyla uduzduqları matçla bağlı bunları deyib:
“Bu bizim çempionlar liqasında ilk mövsümümüz idi. Əlbəttə təcrübə baxımından problemimiz var. Bu da təbii haldır. Evdə çox yaxşı oyunlarımız oldu. Amma təəssüf ki, evdəki performansı səfər oyunlarında nümayiş etdirə bilmədik. Heyətdə rotasiya ilə bağlı çətinliklərimiz var. Biz 7 nəfərlə ilk 3 periodlarda yaxşı mübarizə aparırıq, lakin əvvəlki bəzi oyunlarda olduğu kimi bu dəfə də son periodda heyətdəki rotasiya imkanlarının çatışmazlığı səbəbindən istədiyimizi edə bilmirik. “Alba Berlin”də eyni zamanda 3-4 oyunçu əvəzlənir, amma bizdə belə bir imkan yoxdur. Buna baxmayaraq bu turnir bizim üçün böyük təcrübə oldu”.