“Messinin iştirakı dünya çempionatında güc balansını dəyişəcək”
“Vankuver”in hücumçusu Tomas Müller 38 yaşlı Lionel Messinin 2026-cı il dünya çempionatında mümkün iştirakı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Yahoo Sports”-a istinadən xəbər verir ki, almaniyalı forvard, Messinin iştirakının turnirdə güc balansını dəyişəcəyini bildirib:
“Messi mundiala gəlsə, bu, çox maraqlı olacaq. Onun iştirakı turnirdə güc balansını dəyişəcək. MLS-də yüksək səviyyə göstərib, amma top-komandalarla oyunlarda necə çıxış edəcəyini bilmirəm… Argentina millisini turnirin əsas favoritlərindən biri hesab edirəm”.
Argentina millisi hazırkı dünya çempionudur. Lionel Skaloninin rəhbərlik etdiyi komanda 2022-ci il mundialının finalında Fransa yığmasını penaltilər seriyasında məğlub etmişdi.
The post “Messinin iştirakı dünya çempionatında güc balansını dəyişəcək” appeared first on Komanda.az.