“Qarabağ”ın sabiq futbolçusu yeni iş tapdı
“Qarabağ”ın sabiq futbolçusu Muarrem Muarremin yeni iş yeri bəlli olub.
Futbolpress.az xəbər verir ki, o, Şimali Makedoniya təmsilçisi “Rabotniçki”yə baş məşqçi təyin edilib. Bu barədə Skopye təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Muarremin son klubu ölkəsində “Başkimi” olub.
Keçmiş yarımmüdafiəçi 2012-2015 və 2016-2017-i illərdə “Qarabağ“ın formasını geyinib.