Amorimdən veto!
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim yarımmüdafiəçi Kobe Mainonun klubdan ayrılmasına qarşı çıxıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 20 yaşlı futbolçunun komandada qalmasını istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Amorim rəhbərlikdən Maino üçün gələcək təkliflərin rədd edilməsini tələb edib.
Maino bu mövsüm Premyer Liqada 11 oyuna çıxıb.