“Beşiktaş” “Çelsi” ilə danışıqlara başladı
“Çelsi”nin qapıçısı Filip Yorgensen karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Beşiktaş” danimarkalı qolkiperin xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubunun Yorgensen üçün danışıqlara başladığı bildirilir.
Danimarkalı qapıçı bu mövsüm 6 oyunda 8 qol buraxıb.