Karyerasında ilk dəfə ilin futbolçusu seçildi
Serbiyada 2025-ci ilin ən yaxşı futbolçusu məlum olub.
Futbolpress.az xəbər verir ki, bu barədə Serbiya Futbol Assosiasiyası məlumat yayıb. “Nottingem Forest” klubunun və millinin müdafiəçisi Nikola Milenkoviç səsvermədə birinci olub. O, karyerasında ilk dəfə ölkəsində ilin futbolçusu mükafatını qazanıb.
Milenkoviç “Nottingem Forest”də 2024/25 mövsümünün ən yaxşı oyunçusu seçilmişdi.