Reading view

“Roma” Saraqosanı gətirdi, Sanqareni icarəyə verdi

İtaliyanın “Roma” klubu 23 yaşlı ispan sol cinah hücumçusu Brayan Saraqosanı “Bayern”dən icarə müqaviləsi əsasında heyətinə qatıb.

Arena.az bu barədə A Seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat veirr.

İcarə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Keçid paytaxt təmsilçisinə 2 milyon avro məbləğ müqabilində başa gəlib. Mövsümün sonunda “canavarlar” Saraqosanın transfer hüquqlarına da yiyələnə bilərlər.

Brayan Saraqosa “Qranada”nın məzunudur. Hücumçu, karyerası ərzində “El-Exido” (icarə), “Bayern” və “Osasuna”da (icarə) çıxış edib. Cari mövsümün ilk dövrəsində isə Saraqosa “Selta”da icarədə olub. O, bu komandanın heyətində 26 oyuna çıxıb, 2 qol və 4 assistlə yadda qalıb.

İspaniyalı futbolçu “Bayern”ə 2023-cü ildə “Qranada”dan 13 milyon avro müqabilində keçib. O, Münhen təmsilçisinin heyətində cəmi 7 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Brayan Saraqosa 2023-cü ilin oktyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 3 oyuna 1 qolla yadda qalıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı ispan sol cinah hücumçusunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

“Roma” ispaniyalı müdafiəçisi Abubakar Sanqareni də La Liqa təmsilçisi “Elçe”yə icarəyə verib. Bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. Paytaxt klubunun rəhbərliyi Brayan Saraqosanın “Selta”dan (İspaniya) transfer edilməsindən sonra baş məşqçi Can Pyero Qasperininin planlarına daxil olmayan Sanqareni komandada saxlamağı məqsədəuyğun hesab etməyib.

İtaliya çempionatında meydana çıxmayan 18 yaşlı oyunçunun “Elçe”yə keçidinin maliyyə detalları açıqlanmayıb. İspaniya klubu futbolçunu cari mövsümün sonunadək icarəyə götürüb.

Sanqare İtaliya klubuna transfer olunmamışdan əvvəl İspaniyada “Levante”nin formasını geyinib. Hazırda İspaniyanın U-19 yığmasında çıxış edən futbolçu əvvəllər U-15, U-16 və U-17-də də forma geyinib.

“Bayern” futbolçusu ilə anlaşıb

“Bayern”in müdafiəçisi Dayo Upamekano klubla məkdaşlığının müddətini uzatmağa yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu Münhen klubu ilə yeni müqavilənin şərtləri üzrə razılıq əldə edib.

Yeni müqavilənin müddəti 2030-cu ilin ortalarına qədər nəzərdə tutulub.

Upamekano 2021-ci ilin yayından “Bayern”in formasını geyinir. O, cari mövsümdə 26 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

The post “Bayern” futbolçusu ilə anlaşıb appeared first on Komanda.az.

“Bayern” fransalı müdafiəçidən cavab gözləyir

“Bayern”in müdafiəçisi Dayo Upamekano klubla başa çatan müqaviləsinin müddətini uzatmaya bilər.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, fransalı futbolçu hələ də Münhen təmsilçisinin təqdim etdiyi yeni müqavilə təklifinə rəsmi cavab verməyib.

Klub rəhbərliyi səbrini itirməyə başlayıb və 27 yaşlı oyunçuya təzyiqi artırıb. “Bayern” yaxın vaxtlarda Upamekanodan qəti “bəli” və ya “xeyr” cavabı almaq niyyətindədir. Əks halda, hazırkı təklif geri götürüləcək.

Münhen klubu Upamekano üçün şərtləri yaxşılaşdırmaq fikrində deyil. Rəhbərlik hazırkı müqavilə təklifini onun üçün artıq “çox sərfəli” hesab edir.

Almaniya çempionunun rəhbərliyi vəziyyətin bu cür uzanmasından narahatdır və artıq mövsümün sonunda müdafiəçinin azad agent kimi komandadan ayrılacağı ehtimalı ilə barışıblar.

The post “Bayern” fransalı müdafiəçidən cavab gözləyir appeared first on Komanda.az.

Leon Qoretska “Bayern”i tərk edəcək – Rəsmi

Futbol üzrə Almaniya yığmasının yarımmüdafiəçisi Leon Qoretska 2025/2026-cı illər mövsümünün sonunda “Bayern”dən ayrılacaq.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Bu barədə Münhen təmsilçisinin idman direktoru Kristof Froynd açıqlama verib. O, 2026-cı ilin yayında müqaviləsinin müddəti başa çatacaq 30 yaşlı alman futbolçu ilə yolların ayrılması barədə qərar verildiyini deyib.

Xatırladaq ki, Leon Qoretska “Bayern”ə 2018-ci ilin iyul ayında “Şalke”dən azad agent qismində keçib. Yarımmüdafiəçinin Münhen təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Leon cari mövsümdə münhenlilərin heyətində 28 oyuna çıxıb, 1 qol vurub. Qoretskanın “Bayern”dəki ümumi karyerası isə 292 oyun, 47 qol və 48 məhsuldar ötürmədən ibarətdir.

Almaniyalı futbolçu “Bayern”dən öncə “Şalke” və “Boxum” klublarının da uğurları üçün çalışıb.

Qoretska 2014-cü ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 67 oyun keçirib, 15 qol vurub, 12 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 30 yaşlı Leon Qoretskanı 15 milyon avro məbləğində qiymətləndirir.

❌