Reading view

“Karrik belə davam edərsə, onu “Mançester Yunayted”də saxlamaq olar”

“Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi, Maykl Karrikin komandanın baş məşqçisi kimi fəaliyyəti ilə bağlı fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Mançester Yunayted” yenidən “Mançester Yunayted” kimi görünür. Karrik yaxşı iş görür. O, belə davam edərsə, onu komandada saxlamaq olar”.

İngiltərəli mütəxəssisin rəhbərliyi altında “qırmızı şeytanlar” ardıcıl üç oyunda qalib gəliblər. Komandanın hazırda 41 xalı var və Premyer Liqanın turnir cədvəlində 4-cü yerdədir.

The post “Karrik belə davam edərsə, onu “Mançester Yunayted”də saxlamaq olar” appeared first on Komanda.az.

Bruno Fernandes şəxsi rekordunu təkrarladı

Futbol üzrə Portuqaliya yığmasının və “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes şəxsi rekordunu təkrarlayıb.

Arena.az xəbər verir ki, portuqaliyalı futbolçu İngiltərə Premyer Liqasının 24-cü turunda 3:2 hesabı ilə qələbə qazandıqları “Fulhem”lə oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mançester klubunun kapitanının hesabında hazırda 12 məhsuldar ötürmə var. Bu, onun İngiltərə klubuna keçdikdən sonrakı ilk mövsümündə (2020/2021) müəyyənləşdirdiyi şəxsi rekordunun təkrarıdır. Cari mövsümün hələ yarısında olduğunu nəzərə alsaq, Fernandesin qalan oyunlarda yeni rekorda imza atacağı şübhə doğurmur.

Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvar ayında 65 milyon avro məbləğ müqabilində Lissabon “Sportinq”indən tamhüquqlu əsasda keçib. Fernandesin İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fernandes “qırmzı şeytanlar”ın heyətində 23 oyun keçirib, 5 qol vurub, 13 məhsuldar ötürmə verib.

Fernandesin “Mançester Yunayted” karyerası ümumilikdə 313 oyun, 103 qol və 99 məhsuldar ötürmədən ibarətdir.

Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 85 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 28 qol vurub, 24 məhsuldar ötürmə verib.

Bruno Fernandesin peşəkar karyerasındakı əsas uğurları da məhz “Mançester Yunayted”, “Sportinq” klubları və Portuqaliya yığması ilə bağlıdır.

“Transfermarkt” internet-portalı 31 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Patrik Dorqu 3 aya yaxın oynamayacaq

İngiltərənin “Mançester Yunayted” komandasının danimarkalı sağ vingeri Patrik Dorqu zədə səbəbindən uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, tibbi müayinə zamanı futbolçunun bud nahiyəsindən zədə aldığı məlum olub.

21 yaşlı oyunçu təxminən 10 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, İngiltərə Premyer Liqasının 23-cü turunda keçirilmiş “Arsenal”la (3:2) matçda zədələnib. Dorqu həmin görüşdə qol müəllifi olub.

“Mançester Yunayted” Dorqunu 2025-ci ilin fevralında 30 milyon avroya İtaliyanın “Leççe” klubundan transfer edib. O, cari mövsümdə bütün turnirlərdə 24 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Dorqunun MY karyerası bütövlükdə 44 oyun, 3 qol və 4 assistdən ibarətdir. Vingerin İngiltərə klubu ilə müddəti 2030-cu ilin 30 iyununadək nəzərdə tutulmuş müqaviləsi var.

Patrik Dorqu Danimarkanın “Nordsyelland” klubunun yetirməsidir. O, İtaliyada “Leççe”nin də formasını geyinib.

Əslən Nigeriyadan olan Dorqu Danimarkanın U-18, U-19, U-20 və U-21 yığmalarında oynadıqdan sonra 2024-cü ilin sentyabrında bu ölkənin əsas millisində debüt edib. O, Danimarka yığmasında 12 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 21 yaşlı vingerin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

❌