Bruno Fernandes ərəblərin cəlbedici təklifindən niyə imtina edib?
28 October 2025 at 17:00
“Mançester Yunayted”in kapitanı, portuqal yarımmüdafiəçi Bruno Fernandes bu yay Səudiyyə Ərəbistanına keçiddən imtina etməsini əsaslandırıb. Arena.az portuqal futbolçunun müvaifq fikrini təqdim edir: “Baş məşqçi (Ruben Amorimi nəzərdə tutur – red.) mənimlə söhbətləşdi. O, mənə dedi ki, mən hələ də layihənin bir hissəsiyəm. Amorim mənim qalmağımı istəyirdi. Klubda da eynisini dedilər”…