Reading view

Səudiyyə Ərəbistanı küçələrində Ronaldonu belə ələ saldılar – FOTO

Səudiyyə Ərəbistanının bəzi küçələrində “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun “itkin düşmüş şəxs” kimi posterləri peyda olub.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, posterin altında “Ailəsi onu axtararkən təsəllisiz ağlamağa məcbur olan 40 yaşlı bir kişi” sözləri yazılıb.

Ronaldonun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsini ləğv etməyi düşündüyü barədə məlumatlar yayılıb. O, 2023-cü ildən bəri “Əl-Nəsr”də oynayır və klubla müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

“Transfermarkt” portalı hücumçunun bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirir.

The post Səudiyyə Ərəbistanı küçələrində Ronaldonu belə ələ saldılar – FOTO appeared first on Komanda.az.

Fabreqas Olimpiya məşəlini daşıdı – FOTO

“Komo”nun baş məşqçisi Sesk Fabreqas Olimpiya məşəlinin estafetində iştirak edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis məşəli Komo şəhərinin küçələri ilə daşıyıb.

2026-cı ilin Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 6-da Milanda keçiriləcək. Oyunlara Milanla yanaşı, Kortina şəhəri də ev sahibliyi edəcək.

38 yaşlı Fabreqas 2024-cü ildən etibarən “Komo”nun baş məşqçisi vəzifəsini icra edir. Məhz bu klub ispan mütəxəssisin futbolçu karyerasında son dayanacaq olub. O, 2023-cü ildə peşəkar futbolçu karyerasını başa vurub.

Sabiq yarımmüdafiəçi karyerası ərzində “Barselona”, “Arsenal”, “Çelsi” və “Monako” kimi klublarda çıxış edib. İspaniya millisinin heyətində isə 2010-cu il dünya, 2008 və 2012-ci illərdə Avropa çempionu olub.

The post Fabreqas Olimpiya məşəlini daşıdı – FOTO appeared first on Komanda.az.

❌