Reading view

Fuad Bayramov “Zirə”dən ayrıldı – Birinci Liqa klubuna görə

Premyer Liqa təmsilçisi “Zirə”nin futbolçusu Fuad Bayramov bundan sonra Birinci Liqada çıxış edən “Mingəçevir”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər icarə müqaviləsi əsasında “Mingəçevir”də çıxış edəcək. O, yeni komandasında 16 nömrəli formanı geyinəcək.

Yeri gəlmişkən qeyd edək ki, “Mingəçevir” Fuad Bayramov ilə yanaşı daha bir neçə tanınmış futbolçunu heyətinə cəlb edib. Premyer Liqaya vəsiqə qazanmağı hədəfləmiş əyalət təmsilçisi adları aşağıda qeyd edilmiş oyunçularla müqavilə bağlayıblar.

32 yaşlı hücümçu Nurlan Novruzov bu klubla mövsümün sonuna qədər rəsmi müqavilə imzalayıb. Son olaraq “Şəki”də forma geyinmiş Nurlan yeni klubunda 19 nömrəli forma ilə tər tökəcək.

24 yaşlı hücümçü Cəlal Cəbrayılovla da mövsümün sonuna qədər rəsmi müqavilə imzalanıb. Buna qədər MOİK-də forma geyinmiş Cəlal “Mingəçevir”də 99 nömrəli forma ilə tər tökəcək.

“Mingəçevir” “Kəpəz”in futbolçusu Şahmar Aşurovu da heyətinə qatıb. 21 yaşlı hücümçü ilə mövsümün sonuna qədər rəsmi müqavilə imzalanıb. Şahmar yeni komandasında 97 nömrəli formanı geyinəcək.

20 yaşlı mərkəz müdafiəçisi Əkbər Eyyubov da bundan sonra “Mingəçevir”də çıxış edəcək. Onunla da mövsümün sonuna qədər icarə müqaviləsi imzalanıb. Müqavilə ilə “Zirə”yə məxsus Əkbər, əyalət təmsilçisinin heyətində 33 nömrəli forma ilə tər tökəcək.

“Mingəçevir”in digər transferi 25 yaşlı müdafiəçi Elçin Mustafayevdir. Onunla da mövsümün sonuna qədər rəsmi müqavilə imzalanıb. Elçin son olaraq “Araz Naxçıvan”da forma geyinib.

“Səbail”in mərkəz yarımmüdafiəçisi Bahadur Həziyev də “Mingəçevir”ə üz tutub. 26 yaşlı futbolçu ilə mövsümün sonuna qədər rəsmi müqavilə imzalanıb.

Əyalət təmsilçisi legioner futbolçu ilə də güclənib. Söhbət 22 yaşlı gürcü yarımmüdafiəçi Nika Çaçaşvilidən gedir. Nikanın sonuncu klubu “Karvan” olub. O, Yevlax təmsilçisindən bu qış fasiləsində azad agent kimi ayrılıb.

“Mingəçevir”in növbəti transferi Taleh Fərmanovdur. 23 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Şəmkir”, “Mingəçevir”, “Zirə” və “Qəbələ” kimi klubların şərəfini qoruyub.

24 yaşlı qapıçı Əmrah Məmmədli də “Mingəçevir”ə üz tutub. O, karyerası ərzində “Şimal”, “Cəbrayıl”, “Araz-Saatlı”, MOİK, “Mingəçevir” və “Qəbələ” kimi klubların şərəfini qoruyub.

“Mingəçevir” yarımmüdafiəçi Qabil Əlizadəni də heyətinə qatıb. Mərkəz yarımmüdafiəçisi ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. O, karyerası ərzində “Karvan”, “Sumqayıt” və “Araz-Naxçıvan” kimi klubların şərəfini qoruyub.

Əyalət təmsilçisi üç futbolçusu ilə də yollarını ayırıb. Sahib Həsənov hərbi xidmətə yola düşdüyü üçün “Mingəçevir”i tərk edib. Klub rəhbərliyi Samir Abdullayev və Qurban Səfərovla da vidalaşıb.

“Zirə” futbolçusunu icarəyə verdi

“Zirə” futbolçusu Fuad Bayramovu Azərbaycan 1-ci Liqasında çıxış edən “Mingəçevir” klubuna icarəyə verib.

Komanda.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər “Mingəçevir”də çıxış edəcək. O, yeni komandasında 16 nömrəli formanı geyinəcək.

The post “Zirə” futbolçusunu icarəyə verdi appeared first on Komanda.az.

❌