Reading view

Eddi Hau “Nyukasl”dan, klub rəhbərliyi ondan narazıdır

“Nyukasl”ın baş məşqçisi Eddi Hau “sağsağanlar”ın qış transfer pəncərəsindəki fəaliyyətsizliyi ilə bağlı sualı cavablayıb.

Arena.az ingilis mütəxəssisin müvafiq cavabını təqdim edir:

“Nə var, ortadadır. Biz müvafiq şəraitdə işləməyə çoxdan adətkarıq”, deyə Hau eyhamla vurğulayıb.

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan “Nyukasl”da problemlər bitmir. Britaniya mətbuatının iddiasına görə, ardıcıl uğursuz nəticələrdən sonra baş məşqçi Eddi Hounun postu laxlayıb.

Premyer Liqa klubunun rəhbərliyi artıq yeni baş məşqçi axtarışına başlayıb. Təsadüfi deyil ki, “sağsağanlar” çempionatın son 4 matçının 1-də heç-heçə edib, 3 dəfə isə məğlub olub. “Nyukasl”ın avrokuboklara vəsiqə şansı artıq minimuma enib. Bu üzdən Hounun mövsüm bitməmiş qovulması gözlənilir.

Bütün turnirlər daxil olmaqla son 5 görüşdə qələbə üzü görməyən komanda bu gün Premyer Liqanın növbəti turunda “Tottenhem”in qonağı olacaq. Daha bir məğlubiyyət Hounun istefaya göndərilməsinə səbəb ola bilər. Bu baş verərsə, “Nyukasl” hətta “Qarabağ”la matça yeni baş məşqçinin rəhbərliyi altında çıxa bilər. Ancaq rəhbərlik daha çox “Qarabağ”la görüşlərin nəticələrini gözləmək fikrindədir.

Qeyd edək ki, “Qarabağ”la “Nyukasl” arasında ilk oyun fevralın 18-də Bakıda, cavab qarşılaşması isə 24-də Nyukaslda keçiriləcək.

Bu arada İngiltərə millisinin baş məşqçisi Tomas Tuxelin DÇ-2026-dan “Nyukasl”ı çalışdırması gözlənilir. Almaniyalı mütəxəssis bu posta əsas namizədlərdən biridir.

Xatırladaq ki, Tuxel İngiltərədə daha əvvəl “Çelsi”ni də çalışdırıb.

❌