Reading view

Mark Mampassi “Turan Tovuz”da!

Rusiyanın “Lokomotiv” (Moskva) klubunun mərkəz müdafiəçisi Mark Mampassi bundan sonra “Turan Tovuz”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Müdafiəçi icarə müqaviləsi əsasında cari mövsümün sonunadək bölgə təmsilçisinin şərəfini qoruyacaq.

Ukraynada dünyaya göz açmış Mark Mampassi Donetsk “Şaxtyor”unun yetirməsidir. 22 yaşlı futbolçu karyerası ərzində Ukraynada “Mariupol”, Türkiyədə “Antalyaspor”, Belçikada isə “Kortreyk”in formasını geyinib.

Ukrayna Premyer Liqasında “Mariupol”un heyətində 22 oyunda meydana çıxmış futbolçu 1 assistlə yadda qalıb. O, Belçika klubunun heyətində 44 oyun keçirib, 1 qol və 2 assist müəllifi olub. Mampassi “Lokomotiv”də də 18 oyunda meydanda olub.

Mark Ukraynanın U-16, U-17 və U-19 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

❌