Reading view

“Şəfa”nın futbolçusu: “Bu oyunda bir xal qazanmadıq, iki xal itirdik”

“Şəfa” I Liqada XIV turda “Səbail”lə səfərdə heç-heçə edib – 0:0. Aktivinə bir xal yazdıran bakılılar üçüncü pillədəki “dənizçilər”lə altı xallıq fərqi qoruyub.

“Şəfa”nın futbolçusu İsmayıl Zülfüqarlı “Futbolpress.az“a açıqlamasında oyunu dəyərləndirdi:

“Səbail”lə oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, müdafiədə sıx oynayacaqlar və qapanacaqlar. Buna baxmayaraq, epizodlar yaratdıq, oyunboyu üstünlüyümüzü qoruduq. Qələbə üçün çox çalışdıq, amma alınmadı. Bu oyunda bir xal qazanmadıq, iki xal itirdik”.

Cinah oyunçusu lider olmaqlarına baxmayaraq, hələ çox oyun olduğunu və çempionatın gərgin keçəcəyini bildirdi:

“Hələ heç nə məlum deyil. Qarşıda uzun marafon var. Hər komanda bizə qarşı özünü yaxşı tərəfdən göstərməyə çalışır. Düşünürəm ki, çempionat çox gərgin keçəcək”.

Şahin Cəfərov

❌