Reading view

Elanqa: “Qarabağ” qeyri-adi komandadır”

“Nyukasl”ın hücumçusu Antoni Elanqa UEFA Çempionlar Liqasının pley-offunda “Qarabağ”a qarşı keçirəcəkləri oyunlardan gözləntilərini paylaşıb.

Arena.az xəbər verir ki, İngiltərə və Azərbaycan təmsilçiləri arasındakı ilk qarşılaşma sabah Bakıda baş tutacaq.

Antoni Elanqa bu gün Bakıda baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Qarabağ” qeyri-adi komandadır, güclü kollektivi var. Bizim komandamız da güclüdür. Komanda şəklində oynayırıq. Gələcəyə pozitiv baxırıq. Sabahkı oyuna fokuslanmışıq. Qarşılaşmaya ciddi hazırlaşmışıq. “Qarabağ”ın da ambisiyaları böyükdür. Çalışacağıq, bu səddi aşaq və bacardığımız qədər irəli gedək. “Qarabağ”ın “24-lük”də olması məni təəccübləndirmədi. Onların potensialını bilirik. “Kopenhagen” və “Çelsi” ilə matçları diqqətimizi çəkdi. Bilirik ki, asan olmayacaq. UEFA Çempionlar Liqasında asan rəqib yoxdur”.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq bu görüşə sabah saat 21:45-də start veriləcək.

❌