Mörfi: “Oyunu qazandığımız üçün qürurluyam”
“Nyukasl”ın futbolçusu Aleks Mörfi Çempionlar Liqasında “Qarabağ”a qalib gəldikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, müdafiəçi 3:2 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Əsas heyətdə ilk oyunuma çıxdım. Çempionlar Liqasında bunu etmək pis deyil. Oyunu qazandığımız üçün qürurluyam və çox sevincliyəm. Hər şansı dəyərləndirmək lazımdır. Oyunun əvvəlində səslənən ÇL himni… uşaqlıqdan bunun xəyalını qurmuşdum. Möhtəşəm hisslərdir”.
“Nyukasl” iki oyunun nəticəsinə görə (6:1, 3:2) “Qarabağ”ı üstələyib və 1/8 finala adlayıb.