Super Liqa klubunun baş məşqçisi açıqlandı
Türkiyənin “Kayserispor” klubunun baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, Super Liqa təmsilçisinin sükanı Erlinq Moya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqavilə 1.5 illik nəzərdə tutulub.
Erlinq son olaraq “Beşiktaş”da baş məşqçi Ole-Qunnar Sulşerin köməkçisi olub. Mütəxəssis 2025-ci ilin yayından işsiz idi.