“Atletiko” rəsmisindən Alvareslə bağlı açqılama
“Atletiko”nun direktoru Mateu Alemani adı “Barselona” ilə hallanan Yulian Alvareslə bağlı açıqlama verib.
Futbolpress.az xəbər verir ki, funksioner Kataloniya klubu ilə danışıq aparmadıqlarını bildirib:
“Alvares bizim oyunçumuzdur. “Barselona” ilə hansısa danışığımız olmayıb. Mətbuatda yayılanlar həqiqəti əks etdirmir”.
Daha əvvəl “Barselona”nın argentinalı hücumçu ilə razılığa gəldiyi bildirilib.