Reading view

Cessi Linqard “Korintians”da – Rəsmi

Futbol üzrə İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Cessi Linqard bundan sonra “Korintians”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Braziliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

33 yaşlı futbolçu yeni klubuna azad agent kimi qoşulub. Tərəflər 1+1 illik müqaviləyə imza atıblar. Linqardın ən azı bu ilin sonuna kimi “Korintians”da çıxış etməsi gözlənilir.

Xatırladaq ki, Cessi Linqard “Mançester Yunayted”in yetirməsidir. O, 21 il formasını geyindiyi İngiltərə klubunun əsas komandasında bütövlükdə 232 oyuna çıxıb, 35 qol vurub. O, bu illər ərzində qısa müddətə olmaq şərtilə “Lester Siti”, “Birmingem Siti”, “Brayton”, “Derbi Kaunti” və “Vest Hem” kimi klublara icarəyə də verilib. Linqard 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən ayrılıb “Nottingem Forest”ə üz tutsa da, bu komandada cəmi bir mövsüm keçirib. Təcrübəli yarımmüdafiəçi son olaraq Cənubi Koreyanın “Seul” klubunda forma geyinib. O, sözügedən klubun forması altında meydana çıxdığı 66 oyunda 18 qol vurub, 10 məhsuldar ötürmə verib.

İngiltərə yığmasında 32 oyun keçirmiş futbolçu, 6 qola imza atıb.

Linqardın yeni klubu rəsmiləşdi

“Mançester Yunayted”in sabiq futbolçusu Cesse Linqardın yeni klubu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, 33 yaşlı hücumçu “Korintians”a keçib. Bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb. Linqardla müqavilənin detalları açıqlanmayıb.

Linqardın son klubu Cənubi Koreyada “Seul” olub. 33 yaşlı futbolçu daha əvvəl “Mançester Yunayted”, “Brayton”, “Vest Hem” kimi klubların formasını geyinib.

 

❌