Reading view

Mahir üçün səfər sınağı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” II Bundesliqada bu gün növbəti oyuna çıxacaq.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Bohum”la qarşılaşacaq. Matç saat 23:30-da start götürəcək.

Ötən ilin noyabrında zədələnən Mahir artıq sıralara dönüb. O, ötən turda meydana çıxıb. Mahirin bu gün də iştirak ərizəsində olacağı gözlənilir.

“Kayzerslautern” çempionatda 24 turdan sonra 37 xalla 6-cı sıradadır.

❌