Reading view

“Brentford” bir əsr sonra “Qarabağ”ın rəqibini səfərdə məğlub edib

“Brentford” İngiltərə Premyer Liqasının 25-ci turunda “Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Nyukasl” üzərində tarixi 3:2 hesablı qələbə qazanıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu uğur komandanın 21-ci əsrdə “Nyukasl”ın meydanında ilk qələbəsi olub. “Brentford” sonuncu dəfə təxminən bir əsr əvvəl, 1934-cü ildə “Nyukasl”ı səfərdə 5:2 hesabıyla məğlub edib. Klublar az hallarda qarşılaşıblar və bu, 1934-cü ildən bəri “Nyukasl”ın meydanında keçirdikləri 10-cu liqa matçı olub.

Qələbənin nəticəsi olaraq, “Brentford” Premyer Liqanın turnir cədvəlində 7-ci yerə yüksəlib. “Nyukasl” isə hələ də 13-cü yerdədir.

“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, fevralın 18-də “Qarabağ”ın qonağı olacaq. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.

The post “Brentford” bir əsr sonra “Qarabağ”ın rəqibini səfərdə məğlub edib appeared first on Komanda.az.

“Nyukasl”ın “Qarabağ”la oyunlar üçün heyəti – SİYAHI

“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”a qarşı oyunlar üçün yekun heyətini təsdiqləyib.

Komanda.az xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Eddi Hou heyətə 45 oyunçunun adını daxil edib, onlardan 24-ü “B” siyahısındadır.

Qapıçılar: Nik Pop, Con Raddi, Maks Tompson, Aron Ramsdeyl, Ayden Harris, Adam Harrison;

Müdafiəçilər: Kiran Trippyer, Luis Holl, Sven Botman, Fabian Şar, Malik Tyau, Tino Livramento, Dan Bern, Aleks Merfi, Kahal Heffernan, Kiran Tompson, Çarli Makartur, Dilan Çarlton, Lyuk Kraqqs, Leo Şahar, Loqan Votts;

Yarımmüdafiəçilər: Joelinton, Sandro Tonali, Co Villok, Bruno Gimarayeş, Ben Parkinson, Ceykob Remzi, Skott Beyli, Entoni Munda, Luis Mayli, Qay Blumer, Ademola Alabi;

Hücumçular: Yoan Vissa, Entoni Qordon, Harvi Barns, Vilyam Osula, Entoni Elanqa, Ceykob Merfi, Nik Voltemade, Conni Emerson, Darren Palmer, Co Brayson, Şon Niv, Mateos Ferreyra, Maykl Mills.

“Qarabağ”la “Nyukasl” arasındakı oyunlar fevralın 18-də və 24-də keçiriləcək.

The post “Nyukasl”ın “Qarabağ”la oyunlar üçün heyəti – SİYAHI appeared first on Komanda.az.

❌