Reading view

Əsgərov türklərlə yunanların duelində

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov növbəti dəfə təyinat alıb.

Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis qadınlar arasında Avropa Kubokunun 1/4 mərhələsinin “Bursa Böyükşəhər Bələdiyyəspor” – PAOK görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

Türkiyə və Yunanıstan təmsilçilərinin oyunu martın 22-də Bursa şəhərinin “Nilüfər Bələdiyyə” İdman kompleksində keçiriləcək.

Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.

“DH Volley” komandası pley-off mərhələsinə vəsiqə qazandı

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında 18-ci turunda qadınlardan ibarət “DH Volley” komandası “Milli Aviasiya Akademiyası”nı 3:1 hesabı ilə məğlub edib.

Futbolpress.az xəbər verir ki, bununla da komanda pley-off mərhələsinə vəsiqə qazanıb.

Yeni yaradılmış “DH Volley” ilk oyunlarından etibarən ardıcıl yüksək nəticələr göstərərək özünü güclü rəqib kimi təsdiqləyib. “DH Volley” qısa zaman ərzində formalaşmasına baxmayaraq, komanda ruhu və mübarizə əzmi nümayiş etdirib. Bu faktorlar komandanın mövsüm boyu uğurla irəliləməsinə və növbəti mərhələyə yüksəlməsinə şərait yaradıb.

Komanda rəhbərliyi bu nəticəni böyük bir başlanğıc kimi qiymətləndirərək əsas məqsədin komandanın potensialını daha da artırmaq və pley-off mərhələsində maksimum nəticə əldə etmək olduğunu vurğulayıb.

Hədəfi yerli və beynəlxalq arenalarda uğurlu çıxışlarla Azərbaycan voleybolunu təmsil etmək olan klub “Azərlotereya”nın sponsorluğu ilə yaradılıb. “Azərlotereya” gənclərin idmana və sağlam həyat tərzinə təşviqi, idman klublarının dəstəklənməsi, eləcə də müxtəlif idman növlərinin inkişafı istiqamətində bir sıra təşəbbüsləri dəstəkləyir. Bu çərçivədə şirkət ölkə voleyboluna da böyük töhfə verir.

“DH Volley”in bu uğuru yeni yaradılmış bir komanda olaraq gələcək üçün böyük perspektivlər vəd edir. Komanda növbəti oyunlarda da eyni əzmkarlıq və motivasiya ilə çıxış etməyi hədəfləyir.

Bakıda toplanış

Sabah Bakıda kişi boksçular arasında beynəlxalq təlim-məşq toplanışına start veriləcək.

Futbolpress.az xəbər verir ki, boplanışda Azərbaycan millisi ilə yanaşı, Gürcüstan və Rumıniya yığmaları da hazırlıq keçəcək.

Bakı Boks Mərkəzində təşkil olunacaq toplanışa 60-dək boksçu qatılacaq. Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək. Gürcülər tam heyətlə məşqlərə 1 gün sonra qoşulacaqlar.

Məşqlər Bakıda təşkil olunacaq Böyük İpək Yolu beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, Böyük İpək Yolu yarışı aprelin 2-7-də baş tutacaq.

❌