“Qarabağ” bölgə klubunun qapıçısını istəyir
“Qarabağ” klubu “İmişli”nin qapıçısı Andrey Sinenko ilə maraqlanır.
Futbolpress.az xəbər verir ki, bu barədə qolkiperin meneceri Dmitri Xlebosolov “bel.football” saytına açıqlamasında deyib. O, “Qarabağ”ın qolkiperlə danışıqlara başladığını bildirib:
“Sinenko hazırda Azərbaycanda ən yaxşı qapıçılardan biridir. “Qarabağ” klubu ilə işləyən agentlərdən birinə Sinenko ilə danışıqlar aparmaq üçün səlahiyyət vermişəm. Sinenko üçün mövsüm bitdikdən sonra daha yaxşı variantlar araşdıracağıq”.