Millinin oyunu yunanlara tapşırıldı
Azərbaycanın U-21 millisinin Avro-2027-nin seçmə mərhələsində Portuqaliyaya qarşı keçirəcəyi oyunun hakimləri açıqlanıb.
Futbolpress.az xəbər verir ki, Bakıda baş tutacaq oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Xristos Vergetis olacaq. Ona yan xətt hakimləri Andreas Fotopoulos və Konstantinos Staikos kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandros Katsikogiannis yerinə yetirəcək.
Martın 27-də, “Dalğa Arena”da keçiriləcək matça saat 15:00-da start veriləcək.