Giraldeslə davam
İspaniyanın “Selta” klubu baş məşqçisi Klaudio Giraldesin müqaviləsini uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə sözləşmənin müddəti 2028-ci ilin yayına kimi artırılıb.
“Selta” La Liqada 29 turdan sonra 41 xalla 6-cı sıradadır.