Reading view

DÇ: Noyer qərarını verdi

​Almaniya futbolunun əfsanəvi qapıçısı Manuel Noyer Dünya Çempionatı ilə bağlı son qərarını verib.

Futbolpress.az xəbər verir ki, təcrübəli qolkiper bu il keçiriləcək mundialda iştirak etməyəcək.

​Fabrizio Romanonun verdiyi məlumata görə, Noyer milli komandaya qayıtmaqla bağlı fikrini dəyişməyəcəyini rəsmən bildirib. O, artıq diqqətini tamamilə klub karyerasına yönəltdiyini vurğulayıb.

Alman futbolunun digər bir əfsanəsi Lotar Matteus da mövzuya toxunaraq, baş məşqçi Yulian Nagelsmannın bu qayıdışda maraqlı olmadığını qeyd edib:

​”Nagelsmann Noyerin qayıdışı üçün qapını açmayacaq. Elə buna görə də Manuelin milli karyerası ilə bağlı qərarı artıq ‘daş üzərində yazılıb’. Mən buna tam əminəm.”

​Beləliklə, Almaniya millisi 2026-cı ildə ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi turnirə əfsanəvi qapıçısı olmadan yollanacaq.

❌