Reading view

Avropa Liqası: “Betis” “Braqa” ilə bərabərliyə razılaşdı

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə İspaniya klubu “Betis” Portuqaliyada “Braqa”nın qonağı olub.

“Estadio Municipal de Braga”da baş tutan oyunda 1:1 hesablı “sülh” qeydə alınıb.

Meydan sahiblərinin heyətində 5-ci dəqiqədə Florian Qrilliç fərqlənib. Qonaq komandanın cavab qolunu isə 62-ci dəqiqədə Xuan Kamilo Ernandes 11 metrlik cərimə zərbəsindən vurub.

Raundun digər qarşılaşmaları 9 apreldə keçiriləcək.

❌