“Real”ın futbolçusu əməliyyat olundu
İspaniyanın “Real” klubunun futbolçusu Eder Militao əməliyyat olunub.
Futbolpress.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 28 yaşlı braziliyalı müdafiəçi sol ayağından əməliyyat edilib.
Militaonun oktyabrda yaşıl meydanlara qayıdacağı gözlənilir.
Braziliyalı müdafiəçi zədə səbəbindən dünya çempionatında iştirak etməyəcək.