Reading view

“Heydər Əliyev Kuboku 2026” beynəlxalq boks turnirinə yekun vuruldu

Bakıda yeniyetmə boksçular arasında təşkil edilən “Heydər Əliyev Kuboku 2026” beynəlxalq turniri başa çatıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Yarışda 8 ölkəni təmsil edən 185 idmançı rinqə çıxıb. Oğlanların mübarizəsində 14, qızlarda isə 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.

Azərbaycan millisi turniri 45 medalla (11 qızıl, 12 gümüş, 22 bürünc) başa vuraraq komanda hesabında birinci yeri tutub və Heydər Əliyev Kubokuna sahib olub. İkinci pillədə 10 medalla (4 qızıl, 2 gümüş, 4 bürünc) Gürcüstan yığması qərarlaşıb. Üçüncü sırada isə Qazaxıstan yer alıb (3 qızıl, 5 gümüş, 7 bürünc).

Yarışda ən yaxşı boksçu adına Aliimran Aliyev (Qazaxıstan) layiq görülüb. İlqar Qasımzadə (Azərbaycan) isə ən yaxşı hakim seçilib.

❌