Reading view

Joao Kanselo ilkə imza atdı

Portuqaliya yığmasının və “Barselona”nın müdafiəçisi Joao Kanselo Avropanın ən yaxşı beş liqasından dördünü qazanan ilk futbolçu kimi tarixə düşüb.

Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu bu nailyyəti dünən əldə edib.

O, “Barselona” ilə İspaniyada çempionluq titulunu qazanıb. Kanselo karyerası ərzində “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının, “Yuventus”la İtaliya A Seriyasının, “Bayern”lə Almaniya Bundesliqasının da qalibi olub. Bundan başqa o, həmçinin “Benfika” ilə Portuqaliya çempionatında da qızıl medala layiq görülüb. Avropanın ən güclü beş liqası arasında onun yalnız Fransada titulu yoxdur.

Xatırladaq ki, “Barsa” 31 yaşlı futbolçunu cari mövsümün sonuna qədər icarəyə götürüb. Kanselo müqavilə ilə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna məxsusdur.

Kanselo cari mövsümdə “Barsa”nın heyətində 26 oyuna çıxıb, 2 qol vurub, 6 məhsuldar ötürmə verib.

Xatırladaq ki, 2024-cü ilin yayından “Əl-Hilal”da çıxış edən Kanselo bu komandanın heyətində 45 oyuna çıxıb, 3 qol və 14 məhsuldar ötürmə müəllifi olub. O, daha əvvəl “Barselona”da da forma geyinib. Müdafiəçi 2023/2024-cü illər mövsümündə İspaniya nəhənginin heyətində 42 oyun keçirib, 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

“Benfika”nın yetirməsi olan Kanselo, karyerası ərzində “Valensiya”, “İnter”, “Yuventus”, “Mançester Siti”, “Bayern” kimi klublarda da forma geyinib.

Joao Kanselo 2016-cı ilin sentyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 66 oyun keçirib, 12 qol vurub, 8 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı müdafiəçinin transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.

Kanselo tarixə düşdü

Müdafiəçi Joao Kanselo tarixə düşüb.

Futbolpress.az xəbər verir ki, portuqaliyalı oyunçu Avropanın TOP-5 liqalarının dördündə ölkə çempionu olan ilk futbolçu olub.

Kanselo “Yuventus”la A Seriyasını, “Barselona” ilə La Liqanı, “Bavariya” ilə Bundesliqanı və “Mançester Siti” ilə İngiltərə Premyer Liqasını qazanıb.

Müdafiəçi hazırda icarə əsasında “Barselona”da çıxış edir. O, müqavilə ilə “Əl Hilal”a məxsusdur.

❌