İkardi “Qalatasaray”da qalacaq? – Dursun Özbek açıqladı
“Qalatasaray”ın rəhbəri Dursun Özbek müqavilə müddəti başa çatan Mauro İkardi ilə bağlı son vəziyyətə aydınlıq gətirib.
Futbolpress.az xəbər verir ki, klub rəsmisi Türkiyə mediasına açıqlamasında ulduz futbolçu ilə danışıqlar aparılacağını bildirib:
”Mövsüm sonu gəlir. İkardinin “Qalatasaray”a qatqısı çox böyükdür. Bir nəsli azarkeşimizə çevirdi. Mauro ilə görüşəcəm. Şərtlər barəsində qarşılıqlı danışacam. O bizim üçün bir dəyərdir. Danışıqların müsbət yekunlaşacağını arzulayıram”.
Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında PSJ-dən icarəyə götürülən argentinalı oyunçu 2023-cü ilin iyulunda tam şəkildə “sarı-qırmızılar”a transfer olunmuşdu.