Reading view

Tarixlərində ilk dəfə Super Liqaya vəsiqə qazandılar

Türkiyə Super Liqasına vəsiqə qazanan sonuncu – üçüncü komanda məlum olub.

Futbolpress.az xəbər verir ki, I Liqanın pley-off mərhələsinin finalında “Erokspor”u məğlub edən “Çorum” yeni mövsümdə elitada mübarizə aparacaq.

Komanda həlledici matçda 2:0 hesabıyla qalib gəlib.

“Çorum” tarixində ilk dəfə Super Liqada mübarizə aparacaq.

“Çorum” tarixində ilk dəfə Super Liqada!

Futbol üzrə Türkiyə Birinci Liqasında çıxış edən “Çorum” komandası tarixində ilk dəfə Super Liqada mübarizə aparmaq hüququ qazanıb.

Arena.az xəbər verir ki, Birinci Liqanın 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən, əsas mərhələni 81 xalla çempion kimi başa vurmuş “Ərzurumspor”, eləcə də 74 xalla ikinci yeri tutmuş “Amedspor” elitaya birbaşa vəsiqə qazanmışdılar.

Üçüncü vəsiqənin taleyinə isə 3-7-ci yerləri tutmuş komandalar arasında təşkil edilmiş pley-off oyunlarından sonra aydınlıq gəlib.

Əsas mərhələni 4-cü pillədə başa vurmuş “Çorum” 1/4 finalda 7-ci yeri tutmuş “Keçiörengücü” üzərində 1:0 hesablı qələbəyə sevinib. 5-ci olmuş “Bodrumspor” 6-cı yeri tutmuş “Pendikspor”u 2:0 hesabıyla üstələyib. Çorumlular yarımfinalda “Bodrumspor”u 2 cavabsız qolla məğlub edərək 3-cü mövsümün əsas hissəsini bürünc medallarla tamamlamış “Erokspor”la final oynamaq hüququ qazanıb. Həlledici oyunda da 2:0 hesablı qələbəyə sevinmiş “Çorum” tarixində ilk dəfə Türkiyə Super Liqasında oynamaq hüququ əldə edib.

Qeyd edək ki, elitaya yüksəlmiş komandalar 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən Super Liqanı tərk etmiş “Antalyaspor”, “Kayserispor” və “Karagümrük”ü əvəz edəcəklər.

❌