Reading view

Tural Qurbanov və Əliyar Ağayevin təyinatı rəsmən açıqlandı

Azərbaycanlı FİFA referiləri Əliyar Ağayev və Tural Qurbanov milli komandalar arasında keçiriləcək beynəlxalq yoxlama oyunlarına təyinat alıblar.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Əliyar Ağayev Minskdə keçiriləcək Belarus – Suriya matçını idarə edəcək. Belarus millisinə məxsus stadionda baş tutacaq görüşdə Zeynal Zeynalov və Elşad Abdullayev yan xətt hakimləri kimi fəaliyyət göstərəcəklər. Yerli referi İhar Şumilau isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Tural Qurbanov isə Kişinyov şəhərində yerləşən “Zimbru” stadionunda Moldova – Bolqarıstan qarşılaşmasının baş hakimi olacaq. Ona yan xətt hakimləri Akif Əmirəli və Cəmil Quliyev kömək edəcəklər. Moldovalı Roman Jitari dördüncü hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, hər iki oyun iyunun 5-də keçiriləcək.

Əliyar Ağayev Belarus – Suriya matçını idarə edəcək

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev futbol üzrə Belarus və Suriya milli komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

Arena.az bu barədə Belarus mətbuatına istinadən xəbər verir.

Belə ki, təcrübəli referinin rəhbərlik etdiyi hakimlər briqadası yeni beynəlxalq təyinat alıb. Əliyev Ağayev Minskdə Belarus və Suriya yığmaları arasında keçiriləcək yoxlama oyununda baş hakim olacaq. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Yerli hakim İqor Şumilov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Xatırladaq ki, Belarus və Suriya yığmaları arasındakı yoxlama görüşü iyunun 5-də Minskdə şəhərində təşkil ediləcək.

❌