“Liverpul” onu komandada saxlamaq istəyir
“Liverpul” qapıçısı Alisson Bekkerə yeni müqavilə təklif edib.
Futbolpress.az xəbər verir ki, “qırmızılar” braziliyalı qolkiperi komandada saxlamaq istəyir. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Alissona “Yuventus”dan ciddi maraq olmasına baxmayaraq, “Liverpul” onunla yeni müqavilə imzalamaq arzusundadır. Tərəflər arasında danışıqlar davam edir.
Bekkerin anlaşması iyula kimidir.