Reading view

“İnanıram ki, “Şəfa”da oynamaq karyerama müsbət təsir göstərəcək”

“Şamaxı”dan ayrılan Arsen Ağcabəyovun yeni klubu məlum olub. Müdafiəçi “Şəfa” ilə müqavilə imzalayıb.

Arsen “Futbolpress.az“a açıqlamasında keçidini şərh etdi:

“Şəfa”nın planları və yanaşması diqqətimi çəkdi. Bu klubun mənə uyğun olacağını bildim. İnanıram ki, “Şəfa”da oynamaq karyerama müsbət təsir göstərəcək”.

25 yaşlı futbolçu ötən mövsüm “Şamaxı” formasıyla 29 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

“Şəfa” yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq.

Şahin Cəfərov

❌